Modern.az

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Aktual

26 İyul 2018, 21:16

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə "Yaşıldərə" yaşayış massivində baş verib.

 

Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Paşalı Yunis Namiq oğlu ikinci mərtəbədən düşərək ağır xəsarətlər alıb. Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı