Modern.az

"Qarabağ" yeni transferə 800 min avro xərcləyib

Aktual

27 İyul 2018, 00:14

"Qarabağ"ın yeni transferi İnnosent Emeqaranın Ağdam klubunda qazanacağı məbləğ müəyyənləşib. Modern.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Nigeriya əsilli isveçrəli hücumçunun keçidi "Qarabağ"a 800 min avroya başa gəlib. 29 yaşlı forvard ağdamlılarla 1+1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, bu, Emeqaranın "Qarabağ"a ikinci gəlişidir. Təcrübəli futbolçu 2014-2015 mövsümündə də Ağdam klubunun formasını geyinib və 8 oyunda 5 qol vurub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı