Modern.az

Yanan mənzildən iki azyaşlı xilas edildi

Yanan mənzildən iki azyaşlı xilas edildi

Aktual

1 Avqust 2018, 20:51

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzilin bir otağında 3 kv/m sahədə döşəmə və 1 ədəd kompüter yanıb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı