Modern.az

PA-nın şöbə müdiri Fazil Mustafa ilə də görüşüb

PA-nın şöbə müdiri Fazil Mustafa ilə də görüşüb

Aktual

29 Fevral 2020, 19:31

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa Prezident Administrasiyasında (PA) olub.

 

Modern.az xəbər verir ki, bu barədə o özünün feysbuk hesabında yazıb.

 

"Ötən gün Böyük Quruluş Partiyasının başqanı kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevin dəvəti ilə Prezident Administrasiyasında görüşdə oldum. Partiyamızın fəaliyyəti, parlament çalışmalarımız, iqtidar və müxalifət partiyaları arasında münasibətlər mövzusunda səmərəli söhbətimiz oldu", - deyə F.Mustafa bildirib.

 

Qeyd edək ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, ReAl Partiyasının sədri İlqar Məmmədov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə də görüşüb.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı