Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev arasında görüş olub.
Bu barədə Modern.az-a Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev məlumat verib.
Görüşdə hakimiyyətlə siyasi partiyalar arasında münasibətlər, fəaliyyətin koordinasiya edilməsi, siyasi dialoq və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.