Modern.az

Xalq artisti təcili Türkiyəyə aparıldı

Xalq artisti təcili Türkiyəyə aparıldı

Aktual

9 İyun 2021, 23:31

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

 

Modern.az xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

 

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

 

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı