Modern.az

ABŞ-ın 20 ildə Əfqanıstana ayırdığı maliyyə hara xərclənib?

ABŞ-ın 20 ildə Əfqanıstana ayırdığı maliyyə hara xərclənib?

Aktual

26 Avqust 2021, 11:06

Əfqanıstanın yenidənqurulması üzrə baş inspektorun hesabatına əsasən, 2001-2021-ci illərdə ABŞ Əfqanıstana 946 mlrd. dollar investisiya yatırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov paylaşımında bildirib.

 

Rektor qeyd edib ki, bu məbləğin 816 mlrd. dolları və ya 86 faizi Əfqanıstandakı ABŞ hərbçilərinin xərclərinə yönəldilib:

 

"Qalan məbləğin 83 mlrd. dolları Əfqanıstan təhlükəsizlik qüvvələrinə, təqribən 10 mlrd. dolları narkotiklə mübarizə əməliyyatlarına, 15 mlrd. dolları Əfqanıstanda fəaliyyət göstərən ABŞ təşkilatlarına sərf edilib. Qalan 21 mlrd. dollar və ya 946 mlrd. dolların cəmi 2 faizi “iqtisadi dəstək” tədbirlərinə və yaxud yoxsulluğun azaldılması məqsədilə əfqan xalqına xərclənib".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı