Modern.az

Ukraynadan ən çox pul göndərilən ölkələr: Azərbaycan ilk beşlikdədir

Ukraynadan ən çox pul göndərilən ölkələr: Azərbaycan ilk beşlikdədir

مورد توجه

1 Sentyabr 2021, 08:38

2021-ci ilin yanvar-iyun aylarında Ukraynadan xaricə pul köçürmə sistemləri vasitəsilə 290 milyon dollar göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz çoxdur.

 

Modern.az xəbər verir ki, Ukrayna Milli Bankının məlumatına əsasən, pul köçürülən xarici ölkələr arasında Azərbaycan 4-cü yerdədir.

 

Ən çox pul köçürmə Rusiyaya (29 faiz) olub. Sonrakı yerlərdə Gürcüstan (17 faiz), Türkiyə (5 faiz), Azərbaycan (5 faiz), Polşa (4 faiz) gəlir.

 

Məlumata görə, pul köçürmə sistemləri vasitəsilə Ukraynaya 1,470 milyon dollar göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı