Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kabil hava limanında xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.
Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan sülhməramlılarına minnətdarlığını ifadə edən H.Akar qeyd edib ki, Türkiyə bundan sonra da regiondakı prosesləri yaxından izləməyə davam edəcək.