Türkiyənin Balıkesir şəhərində meşə yanğını baş verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yıldız və Bozen məhəllələri arasındakı meşəlik ərazidə qeydə alınıb.
Naməlum səbəbdən başlayan yanğının söndürülməsi üçün əraziyə 1 helikopter və 9 yanğınsöndürən vasitə cəlb edilib.
Bildirilib ki, 1 saatlıq mübarizədən sonra yanğını nəzarətə almaq mümkün olub.