Modern.az

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüş vaxtı məlum deyil

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüş vaxtı məlum deyil

Aktual

27 Dekabr 2021, 13:20

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşmasına dair görüşünün vaxtı ilə bağlı razılıq əldə olunmayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaaqn Huanyan Facebook səhifəsində bildirib.

“Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün vaxtı ilə bağlı razılıq yoxdur. Moskvada görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur”.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada görüş keçirməyə hazır olduqlarını  təsdiqləyərək, Ankaranın “vasitəçilərsiz Ermənistanla birbaşa təmasların” tərəfdarı olduğunu vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı