Modern.az

Rusiya - NATO əlaqələri Türkiyə sayəsində yaxşılaşa bilər

Rusiya - NATO əlaqələri Türkiyə sayəsində yaxşılaşa bilər

Aktual

30 Dekabr 2021, 15:45

"Ankaranın Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərini dəstəkləməsi Rusiya ilə NATO arasında münasibətlərin yaxşılaşmasına real töhfə verə bilər".

 

Modern.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

"Biz lazımi siyasi və diplomatik atmosferin yaradılması və Avro-Atlantik məkanda təhlükəsizlik məsələləri üzrə dialoqun təşviqi maraqları naminə türk tərəfdaşlarımızla əlaqə saxlamaqda qərarlıyıq".

 

Qeyd edək ki, Çavuşoğlu bazar ertəsi bildirib ki, Türkiyə Rusiya ilə NATO arasındakı münasibətlərdə vəziyyətin həllinə müsbət töhfə verməyə çalışmağa davam edəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı