Modern.az

UEFA növbəti dəfə "Qarabağ"a ödəniş edib

UEFA növbəti dəfə

Aktual

24 Yanvar 2022, 23:13

UEFA növbəti dəfə "Qarabağ" futbol klubuna ödəniş edib.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

 

Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

 

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı