“İşğaldan azad edilmiş ərazilərdə 3 gömrük postu fəaliyyətə başlayıb”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov deyib:
"Artıq əsasnamələr hazırlanıb, Qubadlıda, Zəngilanda və Füzuli hava limanında gömrük fəaliyyəti həyata keçirilir. Hətta ötən gün Füzuli hava limanına Tehrandan təyyarə eniş etdi. Yaxında Türkiyə və digər ölkələrdən də olacaq".