Modern.az

FHN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı

FHN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı

Aktual

17 Fevral 2023, 09:34

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə baş vermiş qəza ilə bağlı məlumat yayıb.

 

FHN-dən Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı-Quba yolunda ağır qəza - Ölü sayı artdı - YENİLƏNİB
Bu xəbər ilə bağlı
Bakı-Quba yolunda ağır qəza - Ölü sayı artdı - YENİLƏNİB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı