Modern.az

Prezident nazir müavinlərini işdən ÇIXARDI

Prezident nazir müavinlərini işdən ÇIXARDI

Aktual

1 Mart 2023, 16:12

Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

 

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.

 

Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı