Modern.az

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs tutuldu

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs tutuldu

مورد توجه

12 Mart 2023, 00:30

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

 

Ötən gün Quba rayon sakini Anar İsmiyevin müntəzəm marşrut xətti üzrə idarə etdiyi "Mercedes" markalı 40-BR-314 nömrə nişanlı nəqliyyat vasitəsi Quba rayonu ərazisində DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.

 

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı