Modern.az

Kəlbəcərlilər ağac əkdilər - FOTOLAR

Kəlbəcərlilər ağac əkdilər - FOTOLAR

Aktual

13 Mart 2023, 08:30

 Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının  birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq respublikamızın hər yerində olduğu kimi, Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının Tədbirlər Planına əsasən silsilə tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, tədbirlər Planına uyğun olaraq 10 mart 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunub.


Kəlbəcər rayon İcra Hakimiyyəti, YAP Kəlbəcər rayon Təşkilatı və  2 saylı Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində ağacəkmə aksiyası keçirilib . Aksiyada 300 ədəd  eldar şamı və müxtəlif növ ağac  tingləri əkilib.

 

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, 2 saylı Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin direktoru Nizami Çıraqov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, Ərazi Partiya təşkilatlarının sədrləri və fəal partiya üzvləri iştirak ediblər.

 

Aksiyada Ümumilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açılıb və qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində bu kimi aksiyalar, tədbirlər ilboyu davam edəcəkdir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı