Modern.az

Nazir İsraildəki səfirliyin əhəmiyyətindən DANIŞDI

Nazir İsraildəki səfirliyin əhəmiyyətindən DANIŞDI

Aktual

29 Mart 2023, 12:06

İsraildə Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında tərəfdaşlığın inkişaf etdiyini və münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı ilə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, mütəmadi təmaslar Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verir. O, həmçinin parlamentlər arasındakı əlaqələrin də yaxşı səviyyədə olduğunu bildirib.

 

Ceyhun Bayramov, eyni zamanda, Azərbaycanda yəhudi icmasının, İsraildə Azərbaycan diasporunun ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadıqlarını söyləyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı