Modern.az

Şəhid atası vəfat edib

Şəhid atası vəfat edib

Allah rəhmət eləsi̇n

Bu gün, 15:16

Qarabağ müharibəsinin şəhidi Lətif Əliyevin atası Oruc Əliyev 60 yaşında ürəktutmadan vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Şəhid Əliyev Lətif Oruc oğlu 1995-ci il avqustun 15-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. 2020-ci ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb. 2020-ci il 27 oktyabr tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Lətif Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı