Modern.az

Qəzənfər Paşayev mərhum dostları barədə kitab yazıb

Qəzənfər Paşayev mərhum dostları barədə kitab yazıb

Ölkə

11 İyun 2010, 15:44

Modern.az saytı xəbər verir ki, iyunun 11-də Atatürk Mərkəzində professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitbının təqdimat mərasimi keçirilib.

Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi, dünyasını dəyişmiş  dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir.

“Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən , unudulmaz insanların xatirəsinə bir töhfədir.

Tədbiri giriş sozü ilə açan akademik, millət vəkili Nizami Cəfərov bildirib ki, kitab Qəzənfər  müəllimin düşüncələridir. Bu kitabda çoxlu zialılar haqqında məlumatlar yer alıb.

Filalogiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə isə bildirib ki, bu kitab kədər və nur ustundə qurulub.

Yazıçı Nahid Hacızadə “kitabı əlinə götürəndə əlin sevinir, baxırsan gözün sevinir, vərəqləyirsən qəlbin sevinir. Qəzənfər müəllimə yaradıcılığında uğurlar arzulayıram” deyib. Millət vəkilləri Gülər Əhmədova, Aqil Abbas, Qənirə Paşayeva,  publisist Flora Xəlilzadə, alim Qəzənfər Kazımov, folklorşunas Bəhlul Abdulla və başqaları çıxış edərək Qəzənfər Paşayevin yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Qəzənfər müəllimin bu kitabı həm məktəb şagirdləri üçün, həmdə universitet tələbələri üçün yararlı bir kitab olacaq.

 

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı