Modern.az

Vəzifədən azad edilmiş prokuror deputatın qardaşıdır

Vəzifədən azad edilmiş prokuror deputatın qardaşıdır

Ölkə

18 İyun 2010, 10:59

Baş Prokurorluğun mətbuat xidmətinin dünən yaydığı məlumata görə, Bakının iki rayonunun-Qaradağ və Nərimanovun prokurorları səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Modern.az-a verilən məlumata görə, səlahiyyət müddəti başa çatan Qaradağ rayon prokuroru Tariyel Qurbanov YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının qardaşıdır. Qeyd edək ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinə əsasən, prokurorluq işçisi səlahiyyət müddəti başa çatdığına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Ona görə də, hazırda sərəncamda olan T.Qurbanovun yaxın üç ay ərzində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı