Modern.az

Stressin əlacı tapıldı

Stressin əlacı tapıldı

Ölkə

2 Avqust 2010, 17:26

ABŞ alimləri stressə qarşı vaksin hazırlayıblar. Britaniyanın “Sandi tayms” həftəliyinin yazdığına görə, tezliklə bəşəriyyəti psixoloji gərginlikdən və onun sağlamlığa mənfi təsirlərindən xilas edəcək yeni nəsil dərmanlar satışa çıxarılacaq.
Stressin biokimyəvi mexanizmini Kaliforniyadakı Stendford Universitetinin professoru Robert Sapolski kəşf edib. Afrikada heyvanlar üzərində aparılan tədqiqatlar zamanı alim müəyyən edib ki, məməlilərin orqanizmi təhlükə ilə üzləşərkən qlyukokortikoid adlı hormon ifraz edir.
Bu hormon beyinin və bütün orqanizmin fəaliyyətini sürətləndirir və təşvişi aradan qaldırır. Bəzi adamların orqanizmində bu hormonun səviyyəsi uzun müddət yüksək qalır və stress vəziyyətinin yaranmasına səbəb olur.

Sapolski yazır: “Qlyukokortikoidlər mühüm rolunu oynadıqdan sonra uzun müddət orqanizmdə qaldıqda zəhərli maddələrə çevrilir, beyin hüceyrələrini öldürür, immun sistemini zəiflədirlər”.

Kaliforniya alimləri artıq zərurət olmadıqda bu hormonların istehsalının genetik mexanizminin işini dayandıra biliblər.
“Sandi tayms” yazır ki, siçovullar üzərində sınaqlar müvəffəqiyyətlə başa çatıb. Növbəti mərhələdə könüllülər üzərində sınaqlar aparılacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı