Modern.az

Ən çox ölüm hökmü icra edən ölkələr məlum olub (statistika)

Ən çox ölüm hökmü icra edən ölkələr məlum olub (statistika)

Ölkə

4 Avqust 2010, 10:17



Hazırda dünyanın müxtəlif ölkələrində ən ağır cinayət törətmiş şəxslərə ya ölüm hökmü, ya da ömürlük həbs cəzası tətbiq olunur. Ölüm hökmü cinayətkarlara verilən cəzaların ən ağırıdır. Hazırda 60-dan çox dövlətdə ölüm hökmü qüvvədədir. Həmin ölkələrdə hətta 18 yaşına çatmayanlara belə cəza kəsilir. Bəzi beynəlxalq təşkilatlar bütün ölkələrdə ölüm cəzasınnın ləğvi istiqamətində fəal iş aparsalar da, hələki buna nail ola bilmirlər. Beynəlxalq statistikaya görə, hazırda insanların ən çox edam edildiyi ölkələr belə sıralanır.

İtaliyanın “Hands Off Cain” təşkilatının apardığı araşdırmaların nəticəsinə görə, hazırda Çin edamların sayına görə dünyada liderdir. Təkcə 2009-cu ildə və 2010-cu ilin birinci yarısında Çində 5 minə yaxın ölüm hökmü yerinə yetirilib. Qeyd olunan vaxt ərzində bütün dünyada isə 5679 nəfər edam olunub.
 
Edamların sayına görə dünyada ikinci yeri İran tutur. Bu ölkədə 402 dəfə ölüm hökmü icra olunub.
Eyni zaman kəsiyində İraqda 75, ABŞ-da isə 52 cinayətkar edam olunub.

Dünya ölkələrinin yarısından çoxu ölüm hökmünü ya qanunla ləğv edib, ya da təcrübədə onu tətbiq etmir. Bu gün 90-a yaxın ölkədə heç bir cinayətə görə ölüm hökmü verilmir. 10 ölkədə isə yalnız hərbi cinayətlərə görə ölüm cəzası verilir,  daha 30 dövlətin qanunvericiliyində ölüm hökmü olsa da, praktikada onu tətbiq etmirlər. Beləliklə, təxminən 130-a yaxın ölkə ya ölüm hökmünü tamamilə ləğv edib, ya da onu təcrübədə tətbiq etmir.

Hazırda 60-dan çox dövlətdə ölüm hökmü qüvvədədir. Həmin ölkələrdə hətta 18 yaşına çatmayanlara belə cəza kəsilir. Beynəlxalq təşkilatlar hazırda bütün ölkələrdə ölüm cəzasınnın ləğvi istiqamətində fəal iş aparır. 1990-cu ildən bəri 40-dan çox ölkədə ölüm hökmü tamamilə ləğv edilib. Bura bəzi Afrika ölkələri (Liberiya və Kot-d-İvuar), Amerika ölkələri (Kanada, Meksika, Paraqvay), Asiya ölkələri və Sakit okean regionları (Butan, Samoa, Filippin) eləcə də Avropa və Mərkəzi Asiya dövlətləri (Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya-Hersoqovina, Kipr, Serbiya, Ermənistan, Türkmənistan, Çernoqoriya, Polşa, Ukrayna) daxildir.

Ağır cinayətlərə görə edam etmənin ən çox tətbiq olunduğu ölkələr sırasında Çin, İran, İraq və ABŞ-dan sonra Əfqanıstan, Səudiyyə Ərəbistanı, Vyetnam da var.

Ölüm hökmünün qüvvədə olduğu ölkələrdə müxtəlif edametmə növləri icra edilir. Məsələn, Səudiyyə Ərəbistanında ən ağır cinayət törədənlərin başı vurulur, ABŞ-ın bəzi şatatlarında elektrik stulunda toka verilir, İran və İraqda dar ağacından asılır, Çində ölüm iynələrindən istifadə olunur, Vyetnamda güllələnir, Əfqanıstanda daş-qalaq edilir.   

1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı