Modern.az

AXCP və Müsavat yekun siyahını bu həftə açıqlayacaq

AXCP və Müsavat yekun siyahını bu həftə açıqlayacaq

Ölkə

6 Sentyabr 2010, 12:30

AXCP sədri Əli Kərlmli və Müsavat başqanı İsa Qəmbər sabah parlament seçkilərində birgə namizədlərin müəyyən ediləcək yekun siyahının müzakirəsi ilə bağlı görüşəcəklər. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə,  hər iki partiyanın vahid siyahısı bu həftə rəsmən elan ediləcək.  Müsavat Məclisinin təsdiq etdiyi deputatlığa namizədlərin siyahısında AXCP ilə razılaşdırılmış və hələ razılaşdırılmamış daiərlər də var. Bütün bu məsələlərə sabahkı görüşdə aydınlıq gətiriləcək. Yekun siyahının təsdiqindən sonra seçki bloku yaradılacaq və blokun adı, simvolları müəyyən eiləcək.  Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı