Lənkərandan deputat seçilmiş Hadi Rəcəbli Beynəlxalq Qadınlar günü ərəfəsində xanım seçicilərin bir qrupunu təbrik edib.
Çay süfrəsi ətrafında keçirilən görüşlərdə qadınların ölkəmizin ictimai-siyasi həyatındakı yeri və rolu faktlarla, rəqəmlərlə toplantı iştirakçılarına çatdırılıb. Lənkəranda hazırda 30-dan çox qadının dövlət xidmətində və ictimai təşkilatlarda yüksək vəzifə tutduğu bildirilib. O da vurğulanıb ki, artıq respublikanın bütün rayonlarında İcra Hakimiyyəti başçılarının bir müavini qadınlardan təşkil olunur.
Görüşlərdə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan xanımları, ictimai, siyasi xadimlərinin nümünə etalonuna çevrildiyi vurğulanıb. Görüş iştirakçılarına çiçək dəstələri və hədiyyələr təqdim edən deputat Hadi Rəcəbli eyni zamanda qadınları düşündürən sual və müraciətləri dinləyib və onların bir sıra məsələlərini yerindəcə həll edib. Çıxış edən qadınlar ölkəmizdə onlar üçün yaradılmış şəraitdən razı olduqlarını bildiriblər. Buna görə prezident İlham Əliyevə minnətdarlıq ediblər. Ümumilikdə görüşlər zamanı 150 nəfərdən artıq qadına bayram hədiyyələri təqdim edilib.

Modern.az