Modern.az

Timoşenko Donetskə gedir

Timoşenko Donetskə gedir

Təhsil

7 Aprel 2014, 14:44


Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko Donetsk vilayətinə səfər edəcək. Modern.az “Rosbalt” xəbər agentliyinə istinadən bildirir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Bildirildiyinə görə, səfərin əsas məqsədi Donetskdə Rusiya təxribatlarının qarşısını almaqdır. Məlumatda  Timoşenkonun  xalqa müraciəti də öz əksini tapıb. Müraciətdə Rusiyanın işğal siyasəti pislənilir və Moskvanın təxribatlarının davamının olacağı söylənilir.  

Qeyd edək ki, Krımın və Sevastopolun Rusiyaya birləşməsinin ardından Donetskdə də rus meylli qüvvələr belə tələblər irəli sürür. Mitinq iştirakçıları Ukrayna hökumətindən Rusiyaya birləşməklə bağlı referendum keçirilməsini tələb edir.  

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı