
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev bu gün Teymur Ramiz oğlu Mehdiyevi və Tapdıq Əhliman oğlu Əmiraslanovu fövqəladə hallar nazirinin müavinləri təyin edib
Modern.az saytının məlumatına görə, bu təyinatlardan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı 7-yə çatıb
General-leytenant Rəfail Mirzəyev fövqəladə hallar nazirinin birinci müavinidir. Nazirin digər müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenantlar Ragim Lətifov və Orucəli Hacıyevdir.
Modern.az