Modern.az

Prokurorluq Bakıda ölən fəhlə haqda məlumat yaydı

Prokurorluq Bakıda ölən fəhlə haqda məlumat yaydı

Təhsil

24 May 2014, 15:49

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirlib ki, mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu “Sərhədçi” Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

  Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.   Hazırda iş üzrə istintaq davam etdirilir.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı