Modern.az

Deputat: “Ağacların kəsilməsinə rəsmi icazə var”

Deputat: “Ağacların kəsilməsinə rəsmi icazə var”

Eğitim

22 Avqust 2014, 13:27


“Sumqayıtda yerləşən 18 saylı məktəbin həyətində kəsilən ağaclara nazirlik rəsmi icazə verib”. Bunu Modern.az-a açıqlamasında Sumqayıtdan seçilən deputat Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, ağacların kəsilməsindən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertlər protokol tərtib edərək rəy veriblər.

Kəsilmənin səbinə gəlincə, L. Abdullayeva: “18 saylı tam orta məktəb əsaslı təmirə dayanıb. Təmir zamanı məlum olub ki, həmin ağacların kökləri kanalizasiya xətlərinin yollarını tutmuş və problem yaranmışdı. İkincisi isə həmin ağaclar təhlükəsizlik baxımından da təhlükəli idi. Çünki çoxillik ağaclardır. Məktəbdə təhsil alan uşaqların həyatı üçün təhlükə saçırdı.

Demək istədiyim odur ki, bu proses bir aydan çoxdur ki davam edir. Bir neçə dəfə əraziyə baxış keçirildi. Sonra nazirliyə məktubla müraciət etdik. Müraciətimizə rəsmi cavab aldıqdan sonra ağaclar kəsilib”-deyə qeyd edib. Xatırladaq ki, Sumqayıt şəhərində yerləşən 18 saylı məktəbin ərazisində yaşayan sakinlər, məktəbin  qarşısında kəsilən ağacların təmir işlərinə mane olmadığını söyləyərək, ağacların kəsilməsinə etiraz ediblər.                                                

Namidə BİNGÖL  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı