Modern.az

Bakıda qadın soyğunçular tutuldu

Bakıda qadın soyğunçular tutuldu

Təhsil

26 Sentyabr 2014, 13:13

Nizami rayon Polis İdarəsi  24-cü polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Aynur Əliyevanın 500 manatını və sənədini oğurlayan Bakı şəhər sakinləri Əfsanə Məmmədova və Samirə Kərimova tutulublar. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Rahilə Kərimovaya, Leyla Vəliyevaya, Jalə Salahovaya və Şövkət İlyasovaya məxsus çantalardan pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı