Modern.az

Braziliyada polis hər gün 6 adam öldürür

Braziliyada polis hər gün 6 adam öldürür

Образование

13 Noyabr 2014, 12:27

Braziliyada aparılan bir araşdırmada polisin hər gün orta hesabla altı adamı öldürdüyü ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzi Sao-Pauloda olan vətəndaş cəmiyyəti “Brazilian Forum on Public Safety”in 2009-2013-cu illər arasında ölkə boyu apardığı araşdırma Braziliya polisinin son beş ildə 11 min 197 adamı öldürdüyü, bunun gündə orta hesabla altı adamın təhlükəsizlik gücləri tərəfindən öldürülməsi mənasını verdiyini ortaya çıxarıb.

Araşdırmada ABŞ-da polisin son 30 ildə öldürdüyü vətəndaş sayının 11 min 90 olduğuna diqqət çəkilib.

Ölkədə keçən il 50 min 806 adamın cinayətə qurban getdiyi vurğulanan araşdırmada, buna görə hər 10 dəqiqədə bir adamın öldürüldüyü, cinayət qurbanlarının az qala yüzdə 70-nin zənci və yarısından çoxunun 15-29 yaşları arasında olduğu qeyd edilir.  

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı