Suriyanın şimalındakı Kabura və Hasaka şəhərlərində Əsəd hakimiyyəti ilə ona müxalif olan qüvvələrin toqquşması zamanı 25 suriyalı hərbçi həlak olub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həlak olan hərbçilərdən 2-si milliyətcə erməni Ovsep Qrant Avyan və Qevorq Maholyandır.
Suriya münaqişəsi başladığı andan Bəşər Əsəd hakimiyyətini dəstəkləyən yerli ermənilər Suriya müxalifətinə qarşı döyüşlərdə aktiv iştirak edir.
Modern.az