Modern.az

Peşə liseylərinin 4770 şagirdi sınaq imtahanı verib

Peşə liseylərinin 4770 şagirdi sınaq imtahanı verib

1 Mart 2011, 16:46

Fevralın 27-də respublikamızın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanı keçirilib.
Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə 29 mərkəzdə keçirilmiş yoxlama imtahanına 23 şəhər və rayonda yerləşən peşə liseylərinin 4770 şagirdi cəlb edilib.

Martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı