Modern.az

Asim Mollazadə Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Asim Mollazadə  Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

15 Noyabr 2011, 18:10

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bürosunun Qafqaz İşləri və Regional Münaqişələr ofisinin direktor müavini Alan Pörsellə görüşüb.

Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-ABŞ münasibətləri, ölkəmizdəki hazırkı ictimai-siyasi vəziyyət, Cənubi Qafqaz regionundakı münaqişələr və Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası müzakirə olunub. Asim Mollazadə qonağa partiya haqqında ətraflı məlumat verib.

Hemçinin görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin Siyasi Məsələlər üzrə müşaviri Ceymi Smit də iştirak edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok