Modern.az

Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Təhsil

21 Dekabr 2009, 11:25

Azərbaycanın Avstriyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirib. Modern.az-ın məlumatına görə, tədbir Vyanada fəaliyyət göstərən “Bakı” kafesində keçirilib. Mərasimdə çıxış edən səfir Fuad İsmayılov həmyerlilərimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. O, soydaşlarımızı doğma Vətən ətrafında daha sıx birləşməyə çağıraraq milli birliyimiz və diaspor fəaliyyətində hamıya uğurlar arzulayıb. Bayram tədbirində Avstriyada məskunlaşmış soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr və səfirliyin əməkdaşları iştirak ediblər.

Azərbaycan milli musiqisi ilə müşayiət olunan tədbir səfirlik tərəfindən təşkil edilmiş ziyafətlə başa çatıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir