Modern.az

Müəllimlərin maaşları artdı - Sərəncam qüvvəyə mindi

Müəllimlərin maaşları artdı - Sərəncam qüvvəyə mindi

Təhsil

1 Sentyabr 2019, 10:06

Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamları qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən həmin sərəncamlara əsasən, orta məktəblərdə və peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək