Modern.az

Direktor olmaq istəyənlərin nəzərinə - müsabiqə bu tarixdə keçiriləcək

Direktor olmaq istəyənlərin nəzərinə - müsabiqə bu tarixdə keçiriləcək

Təhsil

17 İyun 2020, 09:17

Azərbaycanda direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:

 

"Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulu avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir