Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanal yaradıblar.
Telekanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanacaq. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyası olacaq.
“CanAz” TV əsasən milli-mədəni dəyərlərə üstünlük verəcək. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub.
Bu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkün olacaq.