Azərbaycanın 2020-ci il dövlət büdcəsində elm və təhsillə bağlı xərclərin həcminə dəyişiklik edilir.
Modern.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində yazılıb.
Dəyişiklik layihəsində bildirilir ki, elm xərcləri 187 milyon 317 min manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min manat həcmində təsdiqlənsin.