Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün səhər 20 yanvar hadisələrinin 20-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Dövlət başçısı ilə bərabər hökumət təmsilçiləri, deputatlar da şəhidlərin məzarını yad ediblər. İlham Əliyev Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub.