Modern.az

Bin Laden Amerikanı yenə hədələdi

Bin Laden Amerikanı yenə hədələdi

24 Yanvar 2010, 18:34

Beynəlxalq “Əl-Qaida”  terror şəbəkəsinin rəhbəri Üsamə Bin Laden ötən il dekabrın 25-də  Northwest Airlines Amerika aviaşirkətinə məxsus təyyarənin partladılması cəhdinə görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qatarın “Əl Cəzirə” telekanalı Bin Ladenin yeni bəyanatını yayıb.

 

Özünün növbəti video-müraciətində dünyanın bir nömrəli terrorçusu ABŞ-ı yeni terror aksiyaları  ilə hədələyib. Onun sözlərinə görə, Amerika hökuməti İsraili dəstəkləməyə son qoymasa, ABŞ-a qarşı hücumlar davam edəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi