Modern.az

Təhsil naziri narazılara müraciət etdi

Təhsil naziri narazılara müraciət etdi

24 İyul 2021, 22:22

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində MİQ imtahanının iştirakçılarına müraciətində bildirib.

 

"Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq" - nazir deyib.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir