Modern.az

Təhsil distant formada davam etdiriləcək? - Rəsmi CAVAB

Təhsil distant formada davam etdiriləcək? - Rəsmi CAVAB

2 Sentyabr 2021, 16:22

Təhsil Nazirliyi yeni tədris ilindən etibarən bəzi universitetlərdə təhsilin distant formada davam etdiriləcəyi haqqında iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bununla bağlı sosial şəbəkələrdə və bəzi media qurumlarında yayılan məlumatları təkzib edib:


Nazirlik rəsmisi feysbuk hesabında yazıb:

 

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək