Modern.az

Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub

Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub

16 Sentyabr 2021, 14:22

44 günlük müharibə dövründə zərər dəymiş 45 məktəbdən 36-da təmir və tikinti işləri yekunlaşıb.

 

Modern.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

 

O bildirib ki, ölkədə digər məktəblərin də bərpası istiqamətində işlər davam etdirilir:

 

"Sentyabrın 15-dək 37 məktəbin açılışı olub. Bu məktəblərdən 15-i modul tiplidir. İlin sonuna qədər isə daha 32 məktəbin açılması planlaşdırılır. Onlardan da 16-sı modul tipli məktəbdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok