Bakı Dövlət Universitetində (BDU) koronavirus aşkarlanıb.
Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva məlumat verib.
Mətbuat katibi qeyd edib ki, universitetin Kimya və Hüquqşünaslıq fakültələrinin “Sabah qrupları”nda olan 2 qrupun tələbələrində koronavirus aşkarlanıb:
“Bu səbəbdən həmin qruplar distant təhsilə keçib”.