Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti ATƏT-in Nazirlər Şurasının dekabrın 5-7-də keçiriləcək 19-cu İclasında iştirak etmək məqsədilə İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində E. Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının plenar sessiyasında çıxış edəcəyi, həmçinin bir sıra ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirəcəyi nəzərdə tutulur.
Modern.az