Modern.az

Konqresmen Vaşinqtonu Bakıya hərbi yardımı dayandırmağa çağırıb

Konqresmen Vaşinqtonu Bakıya hərbi yardımı dayandırmağa çağırıb

5 Dekabr 2012, 12:03


Amerikalı konqresmen Adam Şiff ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb. Modern.az bildirir ki, bu barədə Amerika Erməni Komitəsi məlumat yayıb. Ermənipərəst imici ilə tanınan  Şiff qanunverici orqana etdiyi rəsmi müraciətində Amerikanın ölkəmizə etdiyi hərbi yarıdımın ləğvini tələb edib.

“Rəsmi Bakı təhlükəsizlik sahəsində ABŞ-dan ona görə kömək istəmir ki, pulu yoxdur. Əslində onların pulu kifayət qədərdir. ABŞ-ın köməyi Azərbaycanla ikitərəfli münasibətlərdə yaxınlığın nümunəsidir”-deyə Şiff özünü təkzib edən sərsəmləməsində vurğulayıb.

X.SƏFƏROĞLU  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək