Modern.az

Peşə liseylərində buraxılış imtahanının tarixi açıqlandı

Peşə liseylərində buraxılış imtahanının tarixi açıqlandı

Təhsil

8 Fevral 2022, 15:40

Peşə liseylərinin şagirdlərinin buraxılış imtahanı 11 illik orta təhsil səviyyəsi üzrə şəhər və rayonların mart ayı ərzində keçiriləcək imtahan qrafikinə uyğun olaraq həmin liseyin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.

 

11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

 

Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı isə martın 14-də keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik