Modern.az

Xarici şirkətin Bakıdakı qadın nümayəndəsi həbs olunub

Xarici şirkətin Bakıdakı qadın nümayəndəsi həbs olunub

Təhsil

13 Mart 2010, 16:17

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində  Kipr Respublikasının «Vision İnternational People Group Publik Limited» Şirkətinin Azərbaycandakı nümayəndəliyinin «Vicn Azərbaycan» MMC-nin təsisçisi və direktoru Mehriban Tərlənova yaxalanıb. Modern.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətindəb bildirlib. Mehriban Tərlənova xarici ölkələrdə istehsal olunan, mənşəyi məlum olmayan aktiv bioloji qida əlavələrini tərtib edilmiş saxta sənədlər əsasında satarkən saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik